2023-cü ildə Azərbaycanda mənzil bazarının qiymət indeksləri açıqlanıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2023-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi 2022-ci ilin IV rübü ilə müqayisədə 3.1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 2.6 faiz, təkrar mənzil bazarı üzrə 3.1 faiz artıb.

İllik müqayisədə mənzil bazarında qiymət indeksi 109.9 faiz (9.9% bahalaşma), ilkin mənzil bazarı üzrə 108 faiz (8% bahalaşma), təkrar mənzil bazarı üzrə 109.9 faiz (9.9% bahalaşma) təşkil etmişdir.