Bu ilin yanvar-noyabr aylarında Azərbaycan istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 4 875,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 20,7% azdır.

Təkcə noyabr ayında istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 140,8 min kvadrat metr təşkil edib ki, bu göstərici son bir ayda 6,4% azalıb.