“Buta Stone” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report”un məlumatına görə, MMC kredit borcunun ödənilməsini tələb edir. İddia olunan kredit borcunun məbləği açıqlanmır.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, Azərbaycanda tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən “Akkord” 2005-ci ildə təsis edilib.