Səudiyyə Ərəbistanında mütəxəssislər 3D printerin köməyi ilə milyondan artıq yaşayış binası “çap etmək” niyyətindədir.

 

İKT.lent.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdul Əziz əl Səud bildirib ki, artıq evlərin tikintisi ilə bağlı 3D printerlər hazırlayan Çinin “WinSun” şirkəti və ərəb “AL Mobty” tikinti şirkəti ilə müqavilə imzalanıb.

Layihənin reallaşdırılması üçün hökumət təxminən 2 milyard dollar xərcləyəcək.