Təqaüdçülər (Pensiyaçılar) Vergi Məcəlləsinin XIII fəslində nəzərdə tutulan əmlak vergisindən azad edilirlərmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyekti təşkil edir. Lakin bununla yanaşı, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Bu güzəşt əmlak pensiyaçının xüsusi mülkiyyətində olduqda nəzərə alınır.