Azərbaycanın ən iri və aparıcı sığorta şirkətlərindən olan “Xalq Sığorta” ASC-nin Bakıda yeni şöbəsi açılıb.

FED.az xəbər verir ki, yeni şöbə Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllə, bina 2 ünvanında yerləşir.

Qeyd edək ki, əvvəllər bu ünvanda “Günaybank” ASC-nin 3 saylı şöbəsi fəaliyyət göstərib. Şöbənin həmin ünvanda fəaliyyətini dayandırmasına səbəb obyekt sahibinin təklif etdiyi icarə şərtlərinin banka uyğun olmaması ilə bağlı olub .