“Xalq Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri Rasim Daşdəmirov vəzifəsini tərk edib.

“Report” xəbər verir ki, onun yerinə “Xalq Həyat Sığorta” ASC-də eyni vəzifəni tutan Camal Rzayev təyin olunub.

“Xalq Həyat Sığorta”nın Daxili audit xidmətinə rəhbərlik isə “Xalq Sığorta”nın əməkdaşı Toğrul Abbasova həvalə edilib.