Geridə qoyduğumuz mayın 19-da lisenziyası geri alınan ASC “Strandard Insurance”nın müflis olunması ilə bağlı məhkəmə prosesinə baxılacaq vaxt təyin edilib.

Banker.az saytının İdarə Heyətinin məlumatına əsasən xəbər verir ki, sığorta şirkəti müflis olunması ilə bağlı məhkəmə baxışı 23 iyun 2020-ci ildəbaş tutacaq. Saat 14:30-da baş tutacaq baxış Bakıxanov qəsəbəsindəki Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Son iki ayda Azərbaycan Mərkəzi Bankı “Standard Insurance” ilə yanaşı 4 bankın lisenziyasını ləğv edib.

“Standard Insurance” sabiq İqtisadiyyat naziri Sahil Babayevə yaxın olan “AB Standard Şirkətlər Qrupu” QSC-yə məxsus idi. AMB bu şirkətin lisenziyasnı ləğv edərkən, kapital çatışmamazlığını əsas gətirərək lisenziyanı ləğv etmişdi.