“AB Standard” şirkətləri qrupu “Standart Sığorta” ASC-nin Direktorlar Şurası tərkibində dəyişiklik edib. Sığorta Şirkətinin Direktorlar Şurası üzvü Rəhman Babayev onun yeni sədri təyin olunub.Bu barədə şirkətdən bildirilir.

Rəhman Babayev 2017-ci ildən etibarən həmin vəzifəni tutan Oruc Heydərovu əvəz edib. “Standard Insurance” ASC-nin Direktorlar Şurası üç nəfərdən ibarətdir: Rəhman Babayev, Emin Babayev və Oruc Heydərov. R. Babayev əvvəllər şirkətin İdarə Heyətinin sədri olub.

Direktorlar Şurasına Sədr artıq iki il ərzində 3-cü dəfədir ki, seçilir. Belə ki, 2016-ci ilin oktyabrında Kamal İbrahimovu Fuad Xəlilov, 2017-ci ilin aprelində Fuad Xəlilov Oruc Heydərov əvəz etmişdi.

Banker.az