Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilin ümumilikdə satış qiyməti 1,15 milyon manat məbləğində müəyyənləşdirilib.

Bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, “Əmlak Hərrac Mərkəzi” MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin %-i, yəni 11,5 min manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 1 150 000 11 500
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/herracin-kecirilmesine-dair-elan-4

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Qeyd edək ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılmışdı.