“Standard Insurance” sığorta şirkətinin  2016-ci üzrə nəticələri məlum olub. Şirkət ötən ili mənfəətlə başa vurub. Sığorta şirkətinin balans mənfəəti 20 311 507 manat təşkil edib.

“Standard Insurance”ın ümumi yığımların həcmi  2,9 % artıb. 2015-ci ildə 19 728972  manat sığorta haqqı toplanıbsa, ötən il bu rəqəm 147083 müqavilə üzrə  20 312 214 manata kimi yüksəlib.

Sığorta yığımlarının 55,8% avtomobil sığortasının,11,9%-i tibbi sığortanın, 15,5%-i əmlak sığortasının, qalan hissəsi isə digər sığorta növlərinin payına düşüb.Təkrarsığortaya ötürülən məbləğ 5 838 162 manat təşkil edib.

“Standard Insurance”ın ödənişləri 11,8% artaraq 33 196 sığorta hadisəsi üzrə  8751386 manat olub. 2015-ci ildə isə bu rəqəm 7 826 774 manat idi.

Şirkət ödənişlərinin 70,7%-ni avtomobil sığortasına görə verib. Belə ki, avtomobillərin icbari sığortası üzrə 4570 hadisə üzrə 5 096 970 manat, kasko üzrə 533 avtomobilin təmirinə 1 089 667 manat ödəniş edib.

Ötən ilki statistikaya əsasən, sığorta şirkətinin tibbi xərcləri 28 028, müraciət üzrə 2 354 505 manat olub. “Standard Insurance” bundan əlavə, daşınmaz əmlakın icbari sığortası üzrə 28 224 manat, əmlakın könüllü sığortası üzrə 135 020  manat, səfər sığortası üzrə 25 323, yük sığortası üzrə 5441 manat, digər sığorta növləri üzrə 16 233 manat  ödəniş edib.

Sığorta şirkətinin zərərliliyi nisbətən artıb. “Standard İnsurance” topladığı hər 100 manatdan 43 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 39,6 manat olub.

Fins.az