Oruc Heydərov “Standard Insurance” sığorta şirkətinin Direktorlar Şurasının sədri təyin olunub.

Trend-in şirkətə istinadən verdiyi məlumata görə, o, bu vəzifədə Fuad Xəlilovu əvəz edib.

Qeyd edək ki, ondan başqa Direktorlar Şurasına Emin Babayev və Rəhman Babayev daxildir.