“Standard Insurance” Sığorta Agentliyi MMC-nin direktoru dəyişib.

“Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Əfqan Murtuzayev vəzifəsindən azad edilib, onun yerinə isə Mübariz Cəfərov təyin olunub.

Xatırladaq ki, sözügedən sığorta agentliyi 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 manatdır. Bu məbləğin 99%-ni “Standard Insurance” Sığorta Şirkəti ASC təmin edib.