“Sığorta vasitəçiləriüçün  təlim” proqramı üzrə qəbul başladı!

Təlim proqramı sığorta satışı sahəsində fəaliyyət göstərən şəxslərin sığorta məhsulunun satışı zamanı bilməli olan qanunvericilik tələbləri , əlavə satış imkanlarını öyrədir və lisenziayalaşdırmanın tələblərini izah edir.

Təlim sığorta vasitəçiləri üçün attestasiya imtahanlarına hazırlaşmaq istəyən iştirakçılar, həmçinin sığorta satışı sahəsində fəaliyyət göstərən,  sığorta sahəsində marağı olan və bu barədə məlumat əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Dərslərin müddəti  10 saat təşkil edir. Təlim interaktiv şəkildə keçiriləcək. İştirakçılar təlim materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunacaq, testi uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaq.

Təlimin keçirilmə tarixi: 25 və 26 fevral 2017-ci il

Dil: Azərbaycan dili
Vaxt: 14:00-19:00
Təlimin qiyməti: 200 AZN

Təlimin məqsədi:

· Sığorta agenti olmaq istəyən şəxslərin bilik səviyyəsinin artırılması və qanunvericilik biliklərini yüksəltmək;

· Sığorta vasitəçiləri fəaliyyəti ilə məşğul olan şəxslər üçün təşkil olunan attestasiya imtahanlarından uğurla keçmək üçün yüksək imkanlar yaratmaq.

Təlimçi: Aqşin Əlizadə http://cmtc.gov.az/az/telimciler/30

Təlimçi: Firdovsi Ağaşirinov http://cmtc.gov.az/az/telimciler/31

Qeydiyyatdan keçməyə tələsin!

Təlim üzrə hər hansısa sual yaranarsa bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:

Ünvan: Nəsimi ray, Sahib Zeynalov küç. 9/7
E-mail: info@cmtc.gov.az
Telefon: (+994 12) 498 16 77
(+994 70) 272 99 79
(+994 55) 672 99 79