20 oktyabr 2020-ci il saat 11:00-da “Bakı Sığorta” ASC-nin Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 315C ünvanında yerləşən inzibati binasında cəmiyyətin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

FED,az xəbər verir ki, iclasın gündəliyi, əlavə məlumat, o cümlədən səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə, həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət etmək olar.

Ünvan: Bakı şəh., Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 315C.