Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanılmış 581 milyon 509 min manat sığorta haqqının 430 milyon 4 min manatı və yaxud 73.9%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (194 milyon 18 min manat), “PAŞA Sığorta” (134 milyon 766 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta” 44 milyon 362 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (31 milyon 200 min manat) və “Meqa Sığorta” (25 milyon 658 min manat) ASC-lərdir.

9 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvansığorta” (1 milyon 253 min manat), “Rəvan Sığorta” (1 milyon 78 min manat) və “AXA MBask” (5 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 7,331 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1.3%-i deməkdir.