Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “AzSığorta” şirkətinin Sığorta Hadisələri departamenti yeni ünvana köçürülüb.

 

Departament artıq yeni ünvanda – İzmir küçəsi 8, Hyatt Tower 2 binasında fəaliyyət göstərəcək.

 

Sığorta Hadisələri departamentinin şirkətin baş ofisinə köçürülməsində məqsəd  müştərilərə göstərilən xidmətin keyfiyyət və sürətinin artırılması, aparılan proseslərin  optimallaşdırılması, eləcə də daxili kommunikasiyanın rahatlaşdırılmasıdır.

 

Departamentin yüksək səviyədə xidmət göstərməsi üçün bütün şəraitin yaradıldığı yeni ünvanda müştərilər üçün geniş gözləmə zalı ayrılıb.