“Qala Sığorta” və “Qala Həyat” şirkəti “12 mart – Daxili Qoşunlar Günü” münasibəti ilə könüllü sığorta məhsullarının güzəştli satışı kampaniyasına başlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən FED.az-a verilən məlumata görə, bu münasibətlə “Qala Həyat” və “Qala Sığorta” bütün növ könüllü sığorta məhsullarına 15-20%-dək endirim edir.
Belə bir sərfəli kampaniyadan yararlanmaq üçün müştəri istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.
Qeyd edək ki, kampaniya mart ayının 16-dək qüvvədədir.
Məhsullarımızla bağlı daha ətraflı məlumat almaq üçün (012) 377 10 10 və ya 1540 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.