“Qala Sığorta” şirkəti bu ilin yanvar ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən  verilən məlumata görə, ümumi yığımların həcmi 6% artaraq 1 968 259 manat olub. 2016-cı ilin yanvar ayında isə bu rəqəm 1 850 181 manat təşkil etmişdi.

Qeyd edək ki, sığorta şirkəti ilk dəfə ötən ay ödəniş edib. “Qala Sığorta”nın yanvar ayı üzrə ödənişləri 5 080 manat təşkil edib. 2016-cı ilin yanvar ayında isə şirkətin hər hansı bir sığorta ödənişi olmamışdı.

Fins.az