Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” sığorta 2018-ci ilin fevral ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən “Qala Həyat” sığorta şirkəti tərəfindən cari ilin fevral ayında könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 2,228 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da əvvəlki ayla (yanvar) müqayisədə 1,273 mln. manat və ya 2,3 dəfə çox olub.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə verilən ödənişlərin həcmində də artım müşahidə olunub. Belə ki, əvvəlki ayla müqayisədə sığorta ödənişlərinin həcmi 1,292 mln. manat və ya 39,64% artaraq 4,551 mln. manata çatıb. Müştərilərə verilən sığorta ödənişləri qanunvericiliyə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilib.
Ümumiyyətlə, “Qala Həyat” sığorta şirkətindəki bu inkişafı Ali menecment heyətinin tərtib etdiyi strategiyanın düzgün istiqamətə yönəldilməsindən xəbər verir. Peşəkar komanda bu strateji siyasətdən yararlanaraq müştərilərə göstərilən xidmət səviyyəsini daha da yüksəlməklə yanaşı, müştəri məmnuyyətinin də qazanmasına səbəb olub.
Qeyd edək ki, “Qala Həyat” şirkəti müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.
Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.