“Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 8,89%-nə nəzarət edən Nizami Məmməd oğlu Mahmudov payını satıb.
“Report” xəbər verir ki, onun payını “Quna” MMC alıb.
Şirkətin səhmlərinin qalan 91,11%-i isə əvvəlki kimi “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,87 mln. manatdır.