Həyat sığortası bazarının ən aparıcı şirkəti olan “Qala Həyat” bu ilin sentyabr ayında ölkənin ən populyar və reytinqli şirkəti olub.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən  verilən məlumata görə, “Media Consulting & Sevices” (MCS) media monitorinq qrupu cari ilin sentyabr ayı üzrə media monitorinqin nəticələrini açıqlayıb. Monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunaraq sektorlar üzrə bütün sığorta şirkətlərinin media reytinqi hesablanıb.

Nəticələrə görə, sentyabr ayı ərzində həyat sığortası bazarı üzrə haqqında ən çox danışılan sığorta şirkəti “Qala Həyat” olub. Belə ki, “Qala Həyat” 95 ümumi, o cümlədən 95 pozitiv (müsbət xarakterli) məlumat sayı ilə ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətləri sırasında 1-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən “Qala Həyat” şirkəti mətbuata daha çox yaxınlığı və şəffalığı ilə seçilib. Bu, şirkətin KİV-lə münasibətlərinin düzgün formada qurulmasından, bir sözlə mətbuata açıq olmasından irəli gəlir.

 

@Fed.az