Bakıda ərzaq mağazası yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 120 m² olan ərzaq mağazasının yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az