“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədrinə I müavin təyin edilib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu vəzifəyə İbrahim Hüseynqulu oğlu İbrahimov gətirilib.
O, bundan əvvəl “PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü olub.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.