Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-avqust ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətinictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin 8 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə101,488 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə45,506 mln.manat və ya 81% çoxdur.

E.Hüseynquluyev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 33,614 mln. manat həcmindəödəniş edilib: “Ödənişlərimiz müvafiq dövrlə müqayisədə 19,119 mln. manat və ya 2,3 dəfə artıb”.

“PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.Сari ilin sentyabr ayının 1-nə cəmiyyətin nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edib.

Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi”, “Davamlı Təhsil” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.