Müştərilər üçün daim yeniliklər tətbiq edən“PAŞA Həyat” şirkətibu gündən etibarən  şəxsi kabinet xidmətini istifadəyə verib.

Şirkətinmarketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,artıq bundan sonra şirkətin mövcud müştəriləri vaxtlarına daha çox qənaət edəcəklər. Belə ki, “PAŞA Həyat”ın mövcud müştəriləriwww.mylife.azsaytından qeydiyyatdan keçməklə həyatınyaşam sığortası növü üzrə hazırlanan xidmətdən yararlana biləcəklər.

Müştərilər www.mylife.az saytına daxil olaraq qüvvədə olan müqavilələri nəzərdən keçirməklə mövcud stausla tanış ola, müqavilələrdə məbləğlələr üzrə dəyişiklik edə, həmçinin müvafiq müraciətlər edə bilərlər.

“Şəxsi kabinet xidməti müştərilərimiz üçün hazırlanmış xüsusi bir onlayn xidmətdir. Biz bu xidməti tətbiq etməklə müştərilərimizə dəyər verərək onların sığorta məhsullarımıza əlçatanlığını daha asan şəkildə təşkil edirik. Xidməti tətbiq etməkdə əsas məqsədimiz müştərilərin vaxtlarına qənaət etmələri və bunun da nəticəsində müştəri məmnuniyyətini daha da yüksəltməkdir. Güman edirəm ki, “PAŞA Həyat” olaraq, yaxın gələcəkdə informasiya texnologiyalarının yeni nailiyyətlərindən yararlanaraq müştərilərimizə daha maraqlı məhsullar təqdim edəcəyik”- deyə

şirkətin İdarə Heyətinin sədri Niyaz İsmayılov şərhində bildirib.

 

Qeyd edək ki, müştərilər sözügedən məhsul üzrə indiyədək və müdətin sonunadək yığılmış məbləği və həyatını sığortaladığı məbləğini görə bilərlər. Həmçinin əməliyyatlar bölməsində mövcud şəhadətnamə üzrə artm və azalma müraciəti, xitam müraciəti, kredit müraciəti, sığorta ödənişinin alınması və digər müraciətlər etmək mümkündür.