“PAŞA Həyat Sığorta” ASC-də yeni təyinat olub.

Banker.az-ın xəbərinə görə, Vəli Məmmədov “PAŞA Həyat”-ın Korporativ Kommunikasiya şöbəsinin müdiri təyin edilib.

V.Məmmədov 2018-ci ilin dekabrında “PAŞA Həyat” şirkətinə qoşulub. Həmin vaxtdan Daxili Kommunikasiya şöbənin müdiri vəzifəsini icra edirdi.

Sığorta şirkətindən öncə isə 2011-2016-cı illərdə “Azercell Telecom”da çalışıb.