Sentyabrın 11-13-də “PAŞA Həyat Sığorta” şirkətinin sistemində müvəqqəti fasilələr yaranacaq.

FED.az xəbər verir ki, bu – şirkətin baş ofisinin yeni ofisə  – «Paşa Sığorta»nın ofisinə köçməsi ilə bağlıdır. Şirkət fasilələrin yaranacağı barədə müştərilərini və partnyorrlarını xəbərdar edib. «Yeni ofisə köçməyimizlə əlaqədar 11-13 sentyabr tarixlərində onlayn sistemlərimizin işində fasilələr yaranacaq».

“PAŞA Həyat Sığorta” ASC-nin baş ofisi 14 sentyabrdan etibarən Sahil Plaza, M.Useynov pr. 61 (Əl oyunları sarayı ilə üzbəüz) ünvanında yerləşəcək.