Mayın 4-də “Kapital Bank”ın Müşahidə Şurasının sədri seçilən Rövşən Allahverdiyev həmçinin “PAŞA Həyat” sığorta şirkətinin Direktorlar Şurasının sədri təyin edilib.
“APA-Economics” bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Rövşən Allahverdiyev bu vəzifədə Fərid Usad Məmmədovu əvəz edib.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. Sığorta şirkətinin səhmlərinin 100%-i “PASHA Holding” MMC-yə aiddir.