Artıq bu aydan etibarən PAŞA Həyat şirkətinin müştəriləri sığorta haqqı məbləği üzrə ödənişlərini www.hesab.az ödəniş portalı və E-manat ödəniş terminalları vasitəsilə də həyata keçirə bilərlər.

 

Elektron xidmətlərin genişlənməsi “PAŞA Həyat” tərəfindən müştərilərin rahatlığı üçün atılmış növbəti bir addımdır. Gələcəkdə müştərilərin rahatlığını və ən əsası da onların vaxtlarına maksimum qənaət etmələrini nəzərə alaraq bir çox yeniliklər ediləcəkdir.

 

Qeyd edək ki, www.hesab.az təhlükəsizliyi, rahatlığı və çevikliyi ilə seçilən elektron ödəmə sistemidir. Ödənişlər kompyuter, planşet və smartfonlar vasitəsi ilə həyata keçirilə bilər. Bütün ödəmələr real vaxt rejimində aparılır və dərhal hesablara oturur.

 

Xatırladaq ki, “PAŞA Həyat” sözügedən sistemlərlə yanaşı, www.e-pul.az; www.kassam.az və www.izim.az ödəniş portalları ilə də əməkdaşlıq edir.