“PAŞA Həyat” şirkətibu gündən etibarən “Ailəmin PAŞA Güvənliyi”(APG) məhsulunun onlayn satışına başlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə,istənilənşəxs sadəcəwww.pasha-life.az saytında“Online xidmətlər” bölməsinə daxil olaraqAPG məhsulunu tez bir zamanda əldə edə bilər: “Müştərilərimizin rahatlığını nəzərə alaraq, bu məhsul üzə ilkin sığorta təminatı məbləğinin hesablanması üçün xüsusi kalkulyator da (http://pasha-life.az/calculators?lang=az ) əlavə edilib. Məqsədimiz müştərilərin vaxtlarına qənaət etmək, onların ofisə gəlmədən bu məhsulu onlayn formada tez bir zamanda əlçatanlığını təmin etməkdir”, – deyə İctimaiyyətlə əlaqələr xidmətindən bildirilib.

Qeyd edək ki, “PAŞA Həyat”APG məhsulunu yaratmaqla ölkənin həyat sığortası bazarında pərakəndə həyat sığortası məhsulunun satışını təşkil edən ilk şirkət olub.APGgeniş hədəf kütləsi üçün hazırlanmışfərdi həyat sığortası məhsuludur: Məhsulu əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta məbləğinin həcmi müştərinin yaşı, sağlamlıq durumu, həyat tərzinin risklilik dərəcəsi və digər amillər əsasında xüsusi hesablama vasitəsilə təyin edilir.

Sığorta olunan şəxs sığorta haqqının ödənişini həm əvvəlcədən birdəfəlik, həm də aylıq və ya illik bərabər hissələrlə həyata keçirə bilər. Bundan başqa, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir.

Məhsul üzrə təminat 60.000 AZN və 30.000 USD-yə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayindən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 AZN və ya 250.000 USD həcmində müəyyənləşib.