“PAŞA Həyat” sığorta şirkəti “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növüüzrə daha iki sığortalı şəxsə ödəniş edib.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə,ayrı-ayrı neft şirkətlərində çalışan iki sığortalı əməkdaş istehsalat zamanı xəsarət alıblar. Qanunvericiliyə əsasən, müəyyən edilmişdir ki, işçilərdən biri xəsarət nəticəsində əmək qabiliyyətinin 100%-ni, digər işçi isə 60%-ni itirib.

Sığorta olunan şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, “PAŞA Həyat” şirkəti tərəfindən zərərçəkmiş şəxslərə, o cümlədən əmək qabiliyyətinin 100%-ni itirmiş şəxsə 55 474 manat, əmək qabiliyyətinin 60%-ni itirmiş şəxsə isə 39 798 manat həcmində birdəfəlik sığorta ödənişləri verilib.

Qeyd edək ki, cari ilin yanvar ayından indiyədək istehsalat zamanı xəsarət alan şəxslərə görə “PAŞA Həyat” tərəfindən 451 000 manatdan çox birdəfəlik ödənişlər edilib.

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat”ın cari ilin dekabr ayının 1-nə aktivlərinin həcmi 154 mln. manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.