Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilüzrə operativ məlumatlar əsasında hazırlanmış hesabatını açıqlayıb.

Şirkətinictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, 2016-cı ildə  “PAŞA Həyat” tərəfindən 77,679 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci il ilə müqayisədə23,152 mln. manat və ya 42,5% çox olub.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi 29,557 mln. manat və ya 2,8 dəfə artaraq 45,907 mln. manata çatıb.

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbycanın ən iri sığorta şirkətidir. Сari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edir.

Сari ilin yanvar ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.