2016-cı ildə baş verən təbii fəlakətlər nəticəsində sığortaçılar 54 mlrd. dollar məbləğində ödəniş edib. “APA-Economics” xəbər verir ki, bu barədə dünyanın ən iri sığorta şirkətlərindən biri olan “Swiss Re”nin yaydığı məlumatda deyilir.

 

Bildirir ki, hesabat dövründə təbii fəlakətlər nəticəsində iqtisadiyyata 175 mlrd. dollarlıq ziyan dəyib.

 

“İqtisadi və sığorta zərəri 2012-ci ildə etibarən maksimal həddə çatıb”, – deyə məlumatda qeyd edilib.
Qeyd edilir ki, təbii və texnogen qəzalar nəticəsində ötən il 11 min nəfər həyatını itirib.