Azərbaycanda “20 sentyabr – Neftçilər Günü”nün qeyd olunması münasibəti “Qala Sığorta” və “Qala Həyat” şirkəti könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya start verib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində neft sektorunda çalışan bütün işçilər üçün könüllü sığorta məhsullarına 20%-dək güzəşt nəzərdə tutulub.

 

Bu güzəşdən yararlanmaq istəyənlər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.

 

Kampaniya 30 sentyabr tarixinədək qüvvədədir.

 

Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.

 

Qeyd edək ki, 1994-cü ilin sentyabr ayının 20-də “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.

 

“Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi də neft sektorunda çalışan bütün neftçilərin bayramını təbrik edir, onlara işlərində uğurlar arzulayır.