Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta şirkəti 2019-cu ilin yanvar-oktyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

FED.az xəbər verir ki, şirkətin peşəkar satış komandasının uğurlu fəaliyyəti nəticəsində 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 11 351 964 manat həcmində sığorta haqqı toplanılıb.

Hesabat dövründə şirkət sığorta ödənişlərini müvafiq qanunvericiliyin tələbinə uyğun qaydada operativ və vaxtında həyata keçirib və bunun nəticəsində müştərilərə 6 045 055 manatdan çox sığorta ödənişi verilib.

Qeyd edək ki, Qala Həyat” şirkəti göstərilən xidmətlərdə biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarını hər zaman yüksək dəyərləndirilərək prioritet hədəflər sırasında saxlayır.

Azərbaycanda etibarlı həyat sığortaçısı kimi tanınan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir.Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.