Bu il yanvarın 1-nə “Meqa Həyat Sığorta” ASC-nin işçilərinin sayı 36 nəfər təşkil edib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Meqa Həyat Sığorta” ASC-nin işçilərinin sayı 24 nəfər olub ki, bu da illik müqayisədə 12 nəfər və ya 1.5 dəfə çoxdur.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ilin sentyabrında yaradılıb və 11 milyon manat nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i “Meqa Sığorta”ya məxsusdur.