Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüş keçirilib.

APA-Economics” xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov özünün “X” hesabında qeyd edib.

“Görüş zamanı cari ilin birinci rübünün nəticələrini və sektorun inkişaf perspektivlərini müzakirə etdik. Görüşdə həmçinin sektorun strateji prioritet və hədəfləri, bu çərçivədə həyata keçirilən təşəbbüslər, eləcə də istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi kimi mühüm məsələlər üzrə müzakirələr apardıq” – AMB sədri əlavə edib.