Azərbaycan Mərkəzi Bankı “Daşınmaz əmlakın icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in və “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in təsdiq edilməsi barədə qərar qəbul edib.

APA-Economics” xəbər verir ki, AMB sədri Taleh Kazımov bununla bağlı qərar imzalayıb.

Yeni qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.