“Star Sığorta Agentliyi”nin lisenziyası ləğv edildi.


 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq “Star Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətinə əsasən, Cəmiyyətə sığorta agenti fəaliyyətinə verilmiş 08 noyabr 2013-cü il tarixli, 000995 nömrəli lisenziya ləğv edilmişdir.

 

Bu barədə “Marja”ya Mərkəzi Bankdan bildirilib.

 

Xəbər verdiyimiz kimi, ötən ilin Oktyabr ayında 2013-cü ildə dövlət qeydiyyatına alınan “Star Sığorta Agentliyi” MMC ləğv olunduğunu açıqlayıb. Kreditorlar iki ay ərzində tələblərini AZ1030 Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Nəvai küçəsi, ev 22, mənzil 118 ünvanına bildirə bilərdilər.