«2016-cı ildən sonra Bank sektorundakı vəziyyətin pisləşməsi, yəni devalvasiyadan sonrakı vəziyyət, kreditlərin verilməsi ilə bağlı çətinliklərin yaranması digər maliyyə sahələri kimi sığorta sektoruna da təsirsiz ötüşmədi». Bunu   sığorta eksperti İlkin İbrahimov deyib.

Onun sözlərinə görə, həmin dövrdən bank sektorumuzun tənəzzülü sığorta sektorunun dayaqlarının möhkəmlənməsinə gətirib çıxardı. 2016-cı ilə kimi sığorta sektorundakı maliyyə axını əsasən bankların kreditləri hesabına formalaşırdısa, həmin dövrdən sonra sığortada yeni məhsulların yaranmasına gətirib çıxarıb.

Həmçinin eksper qeyd edib ki, bu məhsullar könüllü avtosığorta və həyat sığortasıdır. Üstəlik icbari avtosığortada məcburiliyin polis orqanlarının avtomatik elektron sistemlərlə yoxlanılması sığortanı inkişaf etdirən amillərdəndir. Vəziyyətin düzəlməsi üçün bank sektorundakı kreditlərin kütləviliyi yenidən bərpa olmalıdır. Bir sözlə, devalvasiyanın olması sığorta sektorunun inkişaf tempinə müsbət təsir edib.

Mənbə: Fins.az