Azərbaycanda KİV-də ən çox neqativ xəbərləri dərc edilən sığorta şirkətlərinin adları məlum olub.

FED.az “Media Consulting & Sevices” (MC&C) media monitorinq qrupunun 2019-cu ilin dekabr ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, bu dövr ərzində haqqında ən çox neqativ xəbərlər dərc olunan şirkətlər- “AzSığorta”, “AzərSığorta Dövlət Sığorta Kommersiya Şirkəti”, “Paşa Sığorta”, “AXA MBASK” və “AtaSığorta” şirkətidir.

Ötən ilin dekabr ayı ərzində ölkə mətbuatında “AzSığorta” haqqında 23 neqativ xəbər, “AzərSığorta Dövlət Sığorta Kommersiya Şirkəti”  haqqında 18, “Paşa Sığorta” haqqında 15, “AtaSığorta” haqqında isə 5 şikayət və digər neqativ xarakterli məlumat dərc edilib.

Qeyd edək ki, monitorinq qrupunun açıqladığı hesabata əsasən, sığorta şirkətləri ilə bağlı yayılan ümumi xəbərlərdə neqativ xəbərlərin xüsusi çəkisi 12%, neytral 42%, pozitiv isə 46% təşkil edib.

Xatırladaq ki, neqativ xarakterli xəbərlərin hesabatı şirkətlər haqqında bir və bir neçə xəbərin mediada dərc edilməsi sayı üzrə hesablanıb.

             Sığorta Şirkətləri Neqativ xəbərlərin sayı

(2019, dekabr)

AzSığorta 23
Dövlət Sığorta Şirkəti 18
Paşa Sığorta 15
AtaSığorta 5