Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini iyulun 9-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 89 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 9-da, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.