Azərbaycanda icbari sığortanın olmamasına görə cərimələr artırılacaq. FED.az xəbər verir ki, bu İnzibai Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur.

Belə ki, Azərbaycan Respublikası  İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə  ediləcək dəyişikliyə görə, icbari qaydada sığortalanmama ilə bağlı cərimələrin məbləğinin bəzi hallarda (xüsusilə qeyri-yaşayış sahələri üzrə) sığorta haqqından dəfələrlə az olması səbəbindən cərimələrin məbləğinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Dəyişikliyin 2019-2020-ci illər ərzində qəbul edilməsi gözlənilir.