Bu ilin I yarısında Azərbaycanda İcbari Sığorta üzrə 119 mln 544 min manat sığorta haqqı toplanıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.14% çoxdur.
Son 1 ildə bu sığorta növündə ödənişlər isə 11.29% artaraq 35 mln 833 min manat təşkil edib.