Aprelin 25-i, saat 10:00-da “Əmlak Hərrac Mərkəzi” MMC-də İcbari Sığorta Bürosuna (İSB) məxsus əmlak hərraca çıxarılacaq.

“Report” bu barədə İSB-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət İcbari Sığorta Bürosuna məxsus “Lexus GS250” sedan avtomobilindən gedir.

Onun ilkin hərrac qiyməti 42 500 manat, təkrar hərrac qiyməti 38 250 manat təşkil edib. Bu hərraca isə avtomobil 35 150 manata təklif olunub.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5 %-i, yəni 1 757 manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.

Eyni zamanda qeyd olunur ki, 500 manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.