Avtomobillərin icbari sığortasının həyata keçirilməsi şirkətlərindən alına bilər. Bu barədə Fins.az-a sığorta bazarından bildirilib. Məlumata görə, avtomobillərin icbari sığortası üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) zərərliliyin daha da artacağı və bu sığorta növü üzrə endirimlərin aradan qaldırılması ilə bağlı görülən tədbirlərin effetkli olmayacağı təqdirdə avtomobillərin icbari sığortasının həyata keçirməsini sığorta şirkətlərdən alacaq. Artıq bu məsələ Palatada müzakirə edilib. Plana əsasən icbari avtosığorta üzrə hovuz yaradılması, sığorta şirkətlərinə isə yalnız satış müqabilində 15%-20% həcmində komisyon haqq verilməsi nəzərdə tutulur.