Bu gün bəzi xəbər saytlarında “ AXA MBASK” sığorta şirkətinin idarə heyəti sədri Səlcuk Adıgözəlin işdən müvəqqəti uzaqlaşdırılması barədə məlumatlar yayılıb. “AXA MBASK” sığorta şirkətindən Fins.az-a rəsmi şəkildə bildirilib ki, yayılan xəbərlər tamamilə yanlış və əsassızdır.
Fins.az məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında müraciət edib. Palatadan bildirilib ki, bununla bağlı rəsmi açıqlama veriləcək.