Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri araında imzalanın razılaşmanın işə düşməsi ölkədə işləyənlərin həyatının sığortalanmasına böyük təkan verəcək.

Bu barədə FED.az-a Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bildirib. Onnun sözlərinə görə, bu sahədə toplanan sığorta haqlarını həcminin indiki 40 milyon manatdan 100 milyon manata yüksəlməsi gözlənilir.

Qeyd edək ki, bu razılaşmaya əsasən, ƏƏSMN-dəki əmək müqavilələrinin reyestri ölkədə həyatı sığortalanan işçiləin reyestri ilə əlaqələndiriləcək və sadə desək. İşləyən, amma həyatı sığortalanmayanlar aşkar ediləcək. Nəticədə işləyənlərin hamısının sığortalanmasına şərait yaranacaq.