Azərbaycanın sığorta bazarının liderlərindən biri olan“Atəşgah” Sığorta Şirkəti2018-ci ilin ilk yarimilliyi ərzində səyahət sığortası üzrəiri ödənişlər həyata keçirmişdir.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk altı ayı ərzindəsəfər sığortası üzrə həyata keçirdiyi ən yüksək məbləğli sığorta ödənişi57 748,56 AZN təşkil etmişdir. Sığorta olunan Türkiyədə səfərinin son günü avtomobil qəzası nəticəsində ağır xəsarət almışdır. Hadisə nəticəsində zərərçəkmiş şəxsintibbi xərcləri “Atəşgah” SŞ tərəfindən qarşılanmışdır.

“Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrəhəyata keçirilən növbəti ödəniş

15643,96 AZNolmuşdur.Sığorta olunan ABŞ-ın Texas ştatında qırmızı odlu qarışqa sancması nəticəsində yaranan allergik reaksiya səbəbilətibb müəssəsinə aparılmış və tibbi xərcləri Sığortaçı tərəfindən ödənilmişdir.

“Atəşgah” SŞ-nin 2018-ci ilin birinci yarimilliyi üzrə səfər sığortası üzrə həyata keçirdiyi digər ödəniş 15 259 AZNtəşkil etmişdir. Sığorta olunan şəxsin İrlandiya Respublikasında səyahətdə olarkən yaranmış qastroentereloji şikayətlər səbəbilə stasionar müalicə zamanı bütün tibbi xərcləri Sığortaçı tərəfindən ödənilmişdir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.